Rusiya nüvə silahından istifadə ilə bağlı təlimlər keçirəcəyini açıqlayıb
Rusiya Müdafiə Nazirliyi Rusiya ordusunun nüvə silahından istifadə ilə bağlı təlimlər keçirəcəyini açıqlayıb.
Demedia.az xəbər verir ki, nazirlikdən verilən açıqlamada Rusiya Prezidenti Vladimir Putinin göstərişi ilə qeyri-strateji nüvə silahlarının hazırlanması və istifadəsi üzrə təlimin keçiriləcəyi bildirilib.Bəyanatda qeyd edilib ki, məşq bəzi Qərb rəsmilərinin təhdid və təxribat xarakterli bəyanatlarına cavab olaraq Rusiya nüvə qüvvələrinin hazırlıq qabiliyyətinin artırılması və ölkənin ərazi bütövlüyü və suverenliyinin qorunması məqsədilə həyata keçiriləcək. Açıqlamada Cənub Hərbi Bölgəsinin raket, hava və dəniz birləşmələrinin təlimə qatılacağı bildirilsə də, təlimin tarixi göstərilməyib.
Bahadur Seyidov