Peskov Qərb ölkələrinə xəbərdarlıq etdi



 09:15 07.05.2024     286

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun göndərmək istəyinin “görünməmiş gərginlik” olduğunu bildirib.

Demedia.az xəbər verir ki, Peskov paytaxt Moskvada cari məsələlərlə bağlı jurnalistlərin suallarını cavablandırıb. Fransa və ABŞ nümayəndələrinin Ukraynaya qoşun yeritmək istəyi ilə bağlı açıqlamalarını dəyərləndirən Peskov, "Bu, əslində NATO əsgərlərini rus əsgərlərinə qarşı qoyur. Bu, tamamilə görünməmiş yeni gərginlikdir. Təbii ki, bu, xüsusi diqqət və ehtiyat tədbirləri tələb edir” deyə bildirib.

Peskov həmçinin qeyd edib ki, Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronun “Ukraynanın Rusiya ərazisindəki hədəflərə Britaniya silahları ilə hücum etmək hüququ var” ifadəsi “təhlükəli ritorika”dır.

Bahadur Seyidov