Çiyələk yeyərkən diqqətli olun! - Zərərləri və faydaları - Video



 09:40 07.05.2024     480

A, C, B6, B12 vitaminləri ilə yanaşı, dəmir, fosfor, manqan, maqnezium, selen, kalium kimi minerallarla da zəngindir.

Tərkibindəki faydalı maddələr sayəsində mövsümündə yeyilən çiyələk sağlamlığımızın keşikçisinə çevrilir. Lakin unutmaq olmaz ki, çiyələk də bəzi məqamlarda zərərli olur. Çiyələyin zərərləri nələrdir? -Həddən artıq yeyildiyində allergiya, köp, ürəkbulanma, qusma, ishal və qarın ağrısına yol açır; -Normadan çox qəbul edildikdə mədədə yanma hissi yaradır, qaz əmələ gətirir; -Dağ çiyələyindən çox yeyəndə qida zəhərlənməsi baş verə bilər;

Çiyələyin faydaları: 

1) Sızanağın müalicəsində faydalıdır. 8 ədəd çiyələyi əzin, 1 xörək qaşığı süd ilə qarışdırıb üz dərisinə çəkin. 15 dəq sonra bol su ilə üzünüzü yuyun. Həftədə 1 dəfə tətbiq edildikdə, sızanaqlar önəmli dərəcədə azalır; 2) Gözaltı torbalardan yaxa qurtarmaq üçün də çiyələk faydalıdır. Çiyələklər nazik halqa şəklində doğranır, gözlərin altına qoyulur. 10 dəq sonra nahiyə ilıq su ilə yuyulur; 3) Xolesterol səviyyələrini stabilləşdirir. Çiyələk buna tutuculuq qabiliyyəti sayəsində nail olur; 4) Sümüklərin sağlamlığını qorumaq üçün nizamlı şəkildə çiyələk yeyilsə, yaxşıdır. Xüsusilə, uşaqların inkişafına kömək edir, yaşlılarda isə sümüklərin sıxlığını qoruyur; 5) Dişlərin bəyazlığını saxlamaq üçün də çiyələk istifadə etmək mümkündür. 1-2 dənə çiyələk əzilir, üzərinə az miqdarda soda əlavə edilir. Qarışım dişə sürtülür, 5 dəq gözlədilir, sonra qəşəng-qəşəng fırçalanır. Müntəzəm şəkildə tətbiq edildikdə mükəmməl bəyazlıq yaradır; 6) Çiyələkdən saça qullu vasitəsi də hazırlamaq olar. 10 dənə çiyələyi əzin, üzərinə 1 xörək qaşığı mayonez əlavə edin. Yaxşıca qarışdırın. Qarışımı saç diblərinə çəkin, 30 dəq sonra bol su ilə yuyun. Qısa müddətdə saçlara olan müsbət təsiri görəcəksiniz. Həmçinin, vasitə kəpək əmələ gəlməsinə mane olur, baş dərisinin sağlamlığını qoruyur;

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az