Uşaqlarda ürək xəstəlikləri - Valideynlər niyə laqeyd yanaşır? - Video



 09:49 07.05.2024     469

Dünyada uşaqlar və böyüklər arasında ürək qüsuru olan və ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin sayı hər il artır.

Ana bətnində bətndaxili inkişaf zamanı ananın keçirdiyi stres və xəstəliklər, qidalanma və ekoloji faktorlar bəzi genetik qüsurlarda əhəmiyyət daşıyır, bəzi hallarda isə bətndaxili dövrdə xüsusi manipulyasiyalarla qüsurlara müdaxilə etmək mümkün olur. Lakin əsas müalicə taktikası doğuşdan sonra başlanılır. Qüsura müdaxilə etmək və korreksiyaetmə dövrü düzgün təyin olunmalıdır. Bəzi qüsurlar var ki, ona doğuşdan dərhal sonra və yaxud körpə dünyaya gəldiyi ilk günlərdə müdaxilə edilməlidir, çünki uşağın həyatı üçün təhlükə yaranır. Bəzi qüsurlar zamanı isə uşağın müəyyən yaş həddinə qədər böyüməsini gözləmək lazım gəlir.

 

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında Uşaq Kardioloqu Elnur İmanov ilə olan müsahibəni sizinlə bölüşür. Videonu izləyərək mövzu  barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az