"Qalatasaray" - "Fənərbaxça" derbisi ilə bağlı yeni xəbər
Çempionluq yarışının davam etdiyi Trendyol Super Liqasının 37-ci həftəsində keçiriləcək "Qalatasaray" - "Fənərbaxça" derbisi üçün azarkeşlərin qərarı verilib.
Demedia.az xəbər verir ki, İstanbul İl İdman Təhlükəsizliyi İdarəsi mayın 19-da oynanılacaq Qalatasaray-Fənərbaxça matçına 2400 qonaq komanda tamaşaçısının buraxılmasına qərar verib. Əzəli rəqiblər arasında mayın 19-da Rams Park Stadionunda oynanılacaq. Nəfəs kəsən qarşılaşma saat 19.00-da başlayacaq.
Aysun / Demedia.az