Çin və Fransa İsrailin Rəfaha qurudan hücumuna qarşı olduqlarını bildirdi



 15:41 07.05.2024     295

Çin və Fransa İsrailin Rəfaha qurudan hücumuna qarşı olduqlarını bildirərək, bunun Qəzzada daha geniş miqyaslı humanitar fəlakətə səbəb olacağını bildiriblər.

Demedia.az xəbər verir ki, Çin lideri Si Cinpin və Fransa Prezidenti Emmanuel Makron Çin liderinin Fransaya səfəri zamanı Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə yazılı açıqlama veriblər. Bəyanatda liderlər Qəzzada mülki şəxslərin beynəlxalq humanitar hüquqa uyğun olaraq qorunmasının vacib olduğunu və belə bir əməliyyatın fələstinlilərin məcburi köçkünlüyünə və bölgədə daha geniş miqyaslı humanitar fəlakətə səbəb olacağını vurğulayıblar.

Bəyanatda qeyd olunub ki, Çin və Fransa Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvləri olaraq beynəlxalq hüquqa uyğun olaraq beynəlxalq təhlükəsizlik və sabitliyə qarşı təhdidlərə konstruktiv həll yolları tapmaq üçün birlikdə çalışırlar.

Bahadur Seyidov