Ərəb Liqasının baş katibi İsrailin hücumlarının regiona təsirlərindən danışdı



 16:12 07.05.2024     282

Ərəb Liqasının baş katibi Əhməd Əbu Qeyt bildirib ki, İsrailin Qəzza zolağına hücumlarının son dərəcə mənfi və təhlükəli regional nəticələri var.

Demedia.az xəbər verir ki, Əbu Qayt Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən AIM İnvestisiya Sammiti 2024-ün 13-cü sessiyasının açılışında çıxış edib. Əbu Qayt, bu hücumlar səbəbindən qonşu ölkələrdəki turizm sektorunun mənfi təsirləndiyini və qlobal tədarük zəncirlərinin hədəf alındığını bildirib.

Ərəb Liqasının baş katibi qeyd edib ki, qlobal böhranlar regionda artım imkanlarına mənfi təsir göstərib və bəzi regionlarda hərtərəfli inkişaf prosesini pozub.

Bahadur Seyidov