Tanzaniyada qayığın batması nəticəsində 5 nəfər ölüb, 6 nəfər itkin düşüb



 16:03 07.05.2024     251

Şərqi Afrika ölkəsi Tanzaniyanın Hind okeanı sahilində qayığın batması nəticəsində 5 nəfər ölüb, 6 nəfər itkin düşüb.

Demedia.az xəbər verir ki, rəsmilər, Tanqa bölgəsində Panqaniyə gedən qayıqdan düşərək boğulan 5 nəfərin cəsədinin Keniyanın Mombasa sahillərində sudan çıxarıldığını bildirib. Panqani Regional Komissarı Musa Kilakala hadisə ilə bağlı məlumat toplamaq üçün Keniya ilə əməkdaşlıq etdiklərini qeyd edib.

Kilakala itkin düşən 6 nəfərin axtarış-xilasetmə işlərinin davam etdiyini və qəza ilə bağlı təfərrüatların daha sonra açıqlanacağını bildirib.

Bahadur Seyidov