İsrailin Baş Qərargah rəisi orduda araşdırma aparılmasına etirazını bildirdi
İsrailin Baş Qərargah rəisi Herzi Halevi, Ombudsman Matanyahu Englmanın ordunun Qəzzaya hücumlardakı əməlləri ilə bağlı araşdırma başlatma planına qarşı çıxıb.
Demedia.az xəbər verir ki, o bildirib ki, ordu indi yoxlanıla bilməz. Məlumata görə, Halevi Englmana göndərdiyi məktubda hər hansı bir araşdırmanın ordunun Qəzza zolağında hazırkı hücumlarına zərər verəcəyini bildirib. Ordunun indi təftiş edilə bilməyəcəyini ifadə edən Halevi, "Müharibə dövründə orduda heç vaxt yoxlama olmayıb. İndi belə bir araşdırmada israrlı olmaq ordunun hərbi əməliyyatlarına mane olacaq" deyə bildirib.
Bahadur Seyidov