Netanyahudan Rəfaha hücum barədə açıqlama
İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, HƏMAS Qətər və Misirin təqdim etdiyi atəşkəs təkliflərini təsdiqləsə də, Qəzza zolağının cənubundakı Rəfaha hücum israilli məhbusları öz ölkələrinə qaytarmaq üçün təşkil edilib.
Demedia.az xəbər verir ki, Netanyahu X sosial media platformasında paylaşdığı video mesajında Rəfaha quru hücumu ilə açıqlamalar verib. Rəhbəri olduğu Hərbi Nazirlər Kabinetinin Rəfaha hücum əmri verdiyini xatırladan Netanyahu, "Rafaya girmək müharibənin iki əsas məqsədinə xidmət edir: girovlarımızın qaytarılması və Həmasın məhv edilməsi" - deyə bildirib.
Bahadur Seyidov