Almaniya Rəfaha hücumla bağlı İsrailə xəbərdarlıq edib
Almaniyanın xarici işlər naziri Annalena Baerbok Rəfaha hücumla bağlı İsrailə xəbərdarlıq edib.
Demedia.az xəbər verir ki, o sosial media platforması X hesabında "Rəfaha böyük bir hücumla bağlı xəbərdarlıq edirəm. 1 milyon insan buxarlanıb uça bilməz. Onların müdafiəyə ehtiyacı var" deyə bildirib. Qəzzada daha çox humanitar yardıma təcili ehtiyac olduğuna diqqət çəkən Baerbok bildirib ki, bu səbəbdən Rəfah və Kerem Şalom sərhəd qapıları dərhal açılmalıdır.
Bahadur Seyidov