Quterresdən Qəzza ilə bağlı açıqlama



 10:05 08.05.2024     383

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş, İsrailin artan hərbi fəaliyyətindən narahatlıq ifadə edib.

Demedia.az xəbər verir ki, o, Rəfah və Kerem Əbu Səlim sərhəd qapılarının bağlanmasının humanitar vəziyyəti daha da pisləşdirəcəyini bildirib. BMT binasında mətbuata açıqlama verən Quterreş Qəzzada Fələstin xalqının və girovların yaxınlarının əziyyətini yüngülləşdirmək üçün İsrail və HƏMAS arasında razılığın əldə edilməsinin vacib olduğunu bildirib.Antonio Quterreş, Qəzzada sülh üçün həftələrdir aparılan diplomatik fəaliyyətlərin nəticə verməməsinin faciəvi olacağını ifadə edərək, hər iki tərəfi razılığa gəlmək üçün səylərini artırmağa çağırıb.

Bahadur Seyidov