İsrailin Qəzzaya hücumları davam edir: Çoxlu ölü və yaralı var



 16:00 08.05.2024     162

İsrail ordusunun artilleriya atəşi ilə hədəfə aldığı Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərində bələdiyyə binasında yanğın baş verib.

Demedia.az xəbər verir ki, şahidlərdən və tibbi mənbələrdən alınan məlumata görə, İsrail ordusu Qəzza zolağına, xüsusən də Rəfah şəhərinin müxtəlif hissələrinə hava və artilleriya atəşi ilə hücumlarını davam etdirir. İsrail qüvvələrinin Rəfah şəhərinin cənubunda fələstinli “Kışta” ailəsinin evini hədəf alması nəticəsində ikisi uşaq olmaqla çoxlu fələstinli həyatını itirib, çoxlu sayda yaralı var. İsrail döyüş təyyarələri də Rəfahın şimal-şərqində Abdulal ailəsinin evini vurub. Rəfahın mərkəzi hissəsində bir evə edilən hücumda bir fələstinli ölüb, çoxlu sayda insan yaralanıb.