19 yeni sistem fəaliyyətdə: 7 dəqiqə sonra məlumat verəcək...



 20:28 08.05.2024     862

Türkiyə Kandilli Rəsədxanasının direktoru Haluk Özener Sunami Erkən Xəbərdarlıq Sistemi haqqında məlumat verib.

Demedia.az xəbər verir ki, onun sözlərinə görə, gözlənilən İstanbul zəlzələsinin dağıdıcı təsiri ilə yanaşı, Mərmərə dənizi sahillərində sunami ehtimalı da narahatlıq yaradır.

Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutu İl Fəlakət Riskinin Azaldılması Planı (İRAP) çərçivəsində yerləşdirilməsi planlaşdırılan 20 yeni 'Çox Disiplinarlı Sunami Erkən Xəbərdarlıq' stansiyasından 19-nu istifadəyə verib.

Tikintisi davam edən İmralı stansiyasının istifadəyə verilməsi ilə əvvəllər tikilmiş 28 stansiya ilə birlikdə erkən xəbərdarlıq sistemlərinin ümumi sayı 48-ə çatacaq. Türkiyə daxilində fəaliyyət göstərən stansiyalar sayəsində zəlzələdən sonra 7 dəqiqə ərzində sunami baş verib-verməyəcəyi ilə bağlı vətəndaşların xəbərdar edilə biləcəyini ifadə edən Kandilli Rəsədxanasının müdiri Haluk Özener, stansiyaların sayını artıraraq müddəti 4 dəqiqəyə endirməyi planlaşdırdıqlarını söyləyib.

 Aysun / Demedia.az