Qəzzada ölənlərin sayı 34904-ə çatıb



 22:30 09.05.2024     142

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı 34904-ə çatıb.

Demedia.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 216 gündür Qəzza zolağına hücumları ilə bağlı məlumat verilib.

Açıqlamada İsrail ordusunun son 24 saatda Qəzzanın müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda 4 qırğın törətdiyi, hücumlarda daha 60 fələstinlinin həyatını itirdiyi, 110 fələstinlinin isə yaralandığı bildirilib