İsrailli müğənni fitə basıldı



 10:18 10.05.2024     232

2024 Avroviziya mahnı müsabiqəsinin ikinci yarımfinal məşqində səhnəyə çıxan israilli müğənni Eden Qolan mahnısını ifa edərkən tamaşaçılar tərəfindən etirazla üzləşib.

Demedia.az xəbər verir ki, Eden Qolan “Hurricane” mahnısını ifa edərkən fitə basıb.Məşq zamanı bəzi tamaşaçıların “Azad Fələstin” şüarları səsləndirərək Qolana etiraz edilib.Məlumata görə, Qolanı fitə basanlara mühafizəçilər tərəfindən xəbərdarlıq edilib və etirazlarını davam etdirəcəkləri təqdirdə zaldan uzaqlaşdıracaqları bildirilib.

Bahadur Seyidov