Nümayəndələr Palatası spiker Mayk Consona impiçment elan edilməsi təklifini rədd edib
ABŞ Konqresinin Nümayəndələr Palatası spiker Mayk Consona impiçment elan edilməsi təklifini rədd edib.
Demedia.az xəbər verir ki, “The Washington Post”un yazdığına görə, Nümayəndələr Palatasının respublikaçı nümayəndəsi Marjorie Taylor Greenenin Consonu vəzifəsindən uzaqlaşdırmaq cəhdi uğursuzluqla nəticələnib.Consonun impiçment edilməsi təklifi Nümayəndələr Palatasında lehinə 43, əleyhinə 359 səslə rədd edilib.
Mayk Conson təklif rədd edildikdən sonra məmnunluğunu ifadə edib.
Bahadur Seyidov