Küçələrdən yığıb daşıyırlar - İnsanların 90%-i bu bitkinin faydalarından xəbərsizdir - Video



 09:37 10.05.2024     374

El arasında hər kəsin Məxmər gülü kimi tanıdğı bu bitki Mürəkkəbçiçəklilər fəsiləsinə aiddir.

Bitkinin vətəni əslində Amerikadır. Lakin 17-ci əsrdə Amerikadan İspaniyaya gətirildiyi üçün sonradan Avropa ölkələrinə yayılıb. Məxmər gülünün insan orqanizminə faydaları Bitkini faydalı edən onun qurdqovucu, həzmə kömək edən, sidikqovucu, sakitləşdirici və mədə üçün ağrıkəsici özəlliyidir. Həmçinin bitki ekzemanı müalicə etmək hünərinə də malikdirlər. Məxmər gülü müalicə vasitəsi kimi qəbul edildikdə görmə qabiliyyətini artırır, göz ağrılarını və revmatizmi azaldır. Rus adət-ənənələrində ailədə sağlamlıq və firavanlıq simvolu kimi çoxdan yerini alıb. Adətən, rusların ənənəvi bal bayramında, kilsələrdə məxmər gülünün dəstələrinə dualar oxunur, sonra gələn ilədək müalicə məqsədi ilə evdə saxlanır. Lakin bu bitkinin bəzi növləri, tibbi məqsədlər üçün istifadə edilmir. Kiçik çiçəkli olanlar, cır növləri efir yağları və vitaminlər baxımından daha zəngindir.

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək mövzu  barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az