Hər gün türk kofesi içsək, orqanizimdə nələr baş verər? - Video



 09:41 10.05.2024     425

Türk kofesinin faydaları bunlardır:

 Bağırsaq, döş, pankreas, qalın bağırsaq, uşaqlıq xərçənglərinə tutulmaq riskini azaldır;  Xolesterol səviyyəsini aşağı salır;  40% ağrıkəsici effektə malikdir;  II tip diabet riskini azaldır;  Parkinson xəstəliyinin əmələ gəlməsinə mane olur;  Depressiyadan çıxarır;  Enerji və gümrahlıq verir;  Yaddaşı gücləndirir;  Beyinin sağlamlığını dəstəkləyir;  Sirroz riskini 50% azaldır; Qalın bağırsaq riskini azaltmağı ilə bağlı araşdırma Harvard Tibb Məktəbində aparılıb. Araşdırmaçılara görə, türk kofesi qalın bağırsaq xərçəngi riskini 25%, bağırsaq xərçəngi riskini 45% aşağı salır. Başqa bir araşdırmanın nəticələrinə əsasən, təzyiqi stabilləşdirən türk kofesi II tip diabetin əmələ gəlməsinə mane olur. “The Encyclopedia of Healing Foods” (“Müalicəvi qidalar ensiklopediyası”) kitabında yazılıb ki, hil qatılmış türk kofesi həzmə kömək edir, Parkinson xəstəliyi riskini azaldır. Eyni zamanda, türk kofesinə qatılmış hilin bağırsaqlardakı qazın çıxarılmasında önəmli rolu olduğu da vurğulanıb. “Yeməkdən müəyyən müddət sonra içilən şəkərsiz türk kofesi həzmi asanlaşdırır”-bu da mütəxəssis qənaətidir.

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az