PANİK ATAK: Əlamətləri. Müalicəsi - Video



 10:17 10.05.2024     488

Panik atak nədir?

Panik atakın əsas xüsusiyyətindən biri  birdən-birə baş verən, zaman-zaman təkrarlanan və insanı dəhşətə salan  güclü narahatlıq  və ya  qorxu hücumlarıdır . Pasientlərimizin tez- tez ” böhran “ adlandırdıqları bu qıcolmalara  biz Panik Ataklar deyirik .

Panik atak  qəfil başlayır , daha şiddətli olur və 10 dəqiqə ərzində ən yüksək səviyyəyə çatır. Adətən 10-30 dəqiqədən sonra (nadir hallarda 1 saata qədər) öz-özünə keçir.

Panik atakın əlamətləri hansıdır?

  • Sinə ağrısı və ya sinə sıxlığı,
  • Ürək döyüntüsü, sərt və ya sürətli ürək döyüntüsü
  • Tərləmə,
  •  Nəfəs darlığı və ya boğulma,
  •  Başgicəllənmə, yıxılma və ya huşunu itirmə
  • Uyuşma və ya karıncalanma
  • Üşümə, titrəmə və ya istilik basma
  • Ürəkbulanma və ya qarın ağrısı
  • Titrəmək və ya silkələnmək
  • Özünüzü və ya başqalarını dəyişmiş, qəribə və fərqli hiss etmək
  • İdarəetməni itirmək və ya dəli olmaq qorxusu
  • Ölüm qorxusu

Demedia.az  Nevroloq Günel Verdiyeva "Youtube"  kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az