Nəticədən asılı olmayaraq "Dortmund" qalib gələcək...



 13:00 10.05.2024     161

Böyük uğur qazanaraq Çempionlar Liqasının finalına yüksələn Dortmund Borussia klubu iyunun 1-də “Uembli”də keçiriləcək nəhəng matçda “Real Madrid”lə üz-üzə gələcək.

Demedia.az xəbər verir ki, final öncəsi maraqlı bir detal ortaya çıxıb.

Finalda nəticə nə olursa olsun, Dortmund qalib olacaq. İki komandanın ortaq nöqtəsi olan Jude Bellingham ötən yay 103 milyon avroya "Borussiya Dortmund"dan Real Madridə transfer olunmuşdu. İngilis futbolçunun transferinin maliyyə detalları üzə çıxıb. Xarici mətbuatda yer alan iddiaya görə, Real Madrid finalda qalib gəlsə, Jude Bellingham üçün Dortmund Borussiyasına 25 milyon avro bonus ödəyəcək.

Digər tərəfdən, Dortmundlular finalda qalib gəlsələr, UEFA-dan əlavə 20 milyon avro alacaqlar. Almaniya komandası matçda qalib gəlsə də, uduzsa da, maddi baxımdan sərfəli olacaq. "Borussiya Dortmund" 11 il əvvəl "Uembli"də finalda məğlub olub. Alman nəhəngi 1997-ci ildə Çempionlar Liqasının qalibi olduqdan sonra kuboku bir daha öz muzeyinə aparmaq istəyir.

Aysun / Demedia.az