Türkiyənin yeni Arda Güləri...



 16:30 10.05.2024     222

Artıq növbəti mövsümün hazırlıqlarına başlayan "Fənərbaxça" və "Trabzonspor" 19 yaşlı ulduz futbolçu Cihan Çanakın vəziyyətini soruşub.

Demedia.az xəbər verir ki,“Fənərbaxça” Belçika Liqası komandalarından olan “Standard Liege”də çıxış edən Cihan Çanakın vəziyyətini soruşub.

Çempionlar Liqasının yarımfinal matçında Paris Saint-Germaini məğlub etməyi bacaran və finalda Real Madridin rəqibi olacaq "Borussiya Dortmund"un da Cihan Çanakı yaxından izlədiyi öyrənilib.

Belçikanın “Standard Liege” komandasında çıxış edən Cihan Çanak U20-də Belçika, U21-də isə Türkiyə Milli Futbol Komandasında çıxış etməyi seçib. 19 yaşlı ulduz namizəd Türkiyənin 21 yaşadək futbolçulardan ibarət milli komandasının Avropa çempionatının seçmə mərhələsində İtaliyaya qarşı keçirdiyi oyunda əvəzlənib.

Aysun / Demedia.az