Fotosunu paylaşıb yerini qeyd etdi... - Dəqiqələr sonra öldürüldü
Gözəl model dəbdəbəli şam yeməyinin fotosunu sosial media hesabında paylaşıb.
Demedia.az xəbər verir ki, gənc qadın heç vaxt təxmin edə bilməzdi ki, onun yazısı bunun sonu olacaq. Foto qatilləri birbaşa onun yanına aparıb.
Keçmiş Miss Ekvador yarışmaçısı Landy Parraga Ekvadorun Kevedo şəhərindəki restoranlardan birində bir boşqab ahtapot ceviche yeyərkən şəklini çəkib. Bir neçə dəqiqə sonra o, vəhşicəsinə güllələnərək öldürülüb.
23 yaşlı fotonu İnstaqramda çoxsaylı izləyiciləri ilə paylaşıb və güman edilir ki, qatillərin onu tapmasına məhz bu səbəb olub. Buna uyğun olaraq üzlərində maska olan iki silahlı hücumçu gənc qadının yemək yediyi yerə qəfil daxil olub. Kişilərdən biri qapıda keşik çəkərkən, digər hücumçu həm qadına, həm də yanındakı kişiyə atəş açıb. Gənc qadın aldığı güllə yarası səbəbindən yerə yıxılıb, təcavüzkar isə yerdə uzanan Parraqaya amansızcasına atəş açmağa davam edib.
Hücum edən iki şəxs gündüz soyuqqanlı bir qətl törətdikdən sonra sürətlə qaçaraq yoxa çıxıblar. Qan içində yerdə uzanmış gənc qadının görüntüsü insanı ürpəşdirirdi. Parraqa qısa müddət sonra öldü. Həmin vaxt onun yanında olduğu başqa bir kişi də güllələnmişdi, lakin bu adamın kimliyi və vəziyyəti səlahiyyətlilər tərəfindən açıqlanmayıb.
Aysun / Demedia.az