Qəzzada təhlükəsiz bölgə olduğu iddiası yalan və aldadıcıdır - Açıqlama



 09:15 13.05.2024     287

İsrail Qəzzada insanları zorla köçürməyə davam edir. Qəzzada təhlükəsiz bölgə olduğu iddiası yalan və aldadıcıdır.

Demedia.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin baş komissarı Philippe Lazzarini belə deyib. Lazzarini Qəzzada köçün təkrar-təkrar davam etdiyini bildirib.  Lazzarini bu vəziyyətin Rəfahdakı insanları bacardıqları yerə qaçmağa məcbur etdiyini vurğulayıb.

Lazzarini əksər insanların orta hesabla ayda bir dəfə dəfələrlə yerindən-yurdundan didərgin düşdüyünü vurğulayıb.

Bahadur Seyidov