Zelenski Ukrayna əsgərlərinin Rusiyanın Su-25 tipli döyüş təyyarəsini vurduğunu açıqlayıb
Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna əsgərlərinin Donetsk vilayətində Rusiyanın Su-25 tipli döyüş təyyarəsini vurduğunu açıqlayıb.
Demedia.az xəbər verir ki, Zelenski açıqlamasında “Donetsk vilayəti, 110-cu Mexanikləşdirilmiş Briqadası. Rusiyanın daha bir Su-25 təyyarəsini vurduğunuz üçün sizə təşəkkür edirəm” deyə bildirib. Ukrayna Müdafiə Nazirliyinin açıqlamasında isə bildirilir ki, 110-cu Mexanikləşdirilmiş Briqadanın ukraynalı qırıcıları Avdiivka istiqamətində Rusiyaya məxsus Su-25 təyyarəsini vurublar. Ötən həftə Zelenski Rusiyanın Su-25 təyyarəsinin vurulduğunu açıqlamışdı.
Bahadur Seyidov