Kolumbiya Prezidenti Netanyahuya cavab verdi
Kolumbiya Prezidenti Qustavo Petro İsrailin baş naziri Benyamin Netanyahunun ona qarşı “antisemitizm” ittihamına “Cənab Netanyahu, siz tarixə soyqırımı törədən şəxs kimi düşəcəksiniz” deyərək cavab verib.
Demedia.az xəbər verir ki, Petro Netanyahunu "O, HƏMAS tərəfdarıdır, antisemitdir, bizə dərs verə bilməz" dediyi üçün tənqid edib. Prezident Petro, "Cənab Netanyahu, siz soyqırım törədən kimi tarixə düşəcəksiniz. Minlərlə günahsız uşağın, qadının və qocanın üzərinə bomba atmaq sizi qəhrəman etmir. Milyonları qətlə yetirənlərin tərəfində olacaqsınız. Avropada yəhudilərin soyqırımı, dinlə bağlı olub-olmamasından asılı olmayaraq soyqırımdır. Qırğını dayandırın” deyə bildirib.
Bahadur Seyidov