Rusiyanın yeni müdafiə naziri kimdir?



 11:42 13.05.2024     306

Rusiya Prezidenti Vladimir Putinin Sergey Şoyqunun yerinə Müdafiə Nazirliyinin rəhbəri vəzifəsinə təklif etdiyi Andrey Belousovun tərcümeyi-halı  məlum olub.

Demedia.az TASS-a istinadən yeni müdafiə  nazirinin  tərcümeyi-halını təqdim edir:

O, 17 mart 1959-cu ildə anadan olub, 1981-ci ildə Moskva Dövlət Universitetinin İqtisadiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib.   1981-1986-cı illərdə SSRİ Elmlər Akademiyasının Mərkəzi İqtisadiyyat və Riyaziyyat İnstitutunda işləyib.  1986-2006-cı illərdə - SSRİ Elmlər Akademiyasının İqtisadiyyat və Elmi-Texniki Tərəqqinin Proqnozlaşdırılması İnstitutunun, Rusiya Elmlər Akademiyasının Milli İqtisadiyyatın Proqnozlaşdırılması İnstitutunun əməkdaşıdır.  2000-2006-cı illərdə - Makroiqtisadi Təhlil və Qısamüddətli Proqnozlaşdırma Mərkəzinin baş direktoru,  2000-2006-cı illərdə - baş nazirin ştatdankənar müşaviri, 2006-2008-ci illərdə - iqtisadi inkişaf və ticarət nazirinin müavini, 2008-2012-ci illərdə - Hökumətin İqtisadiyyat və Maliyyə Departamentinin direktoru, 2012-2013-cü illərdə - iqtisadi inkişaf naziri olub.

Bundan başqa, 2013-2020-ci illərdə - Prezidentin köməkçisi, 2020-ci ildə baş nazirin birinci müavini təyin edilib.

Bahadur Seyidov