Mişi Batşuayi karyera rekordunu qırıb
Trendyol Super Liqasının 36-cı həftəsində "Fənərbaxça"nın Kadıköydə "Kayserispor"a 3:0 hesabı ilə qalib gəldiyi matçda komandasının ilk qoluna imza atan Mişi Batşuayi karyerası mövsümünü yaşayır.
Demedia.az xəbər verir ki,“Kayserispor” matçının 18-ci dəqiqəsində səhnəyə çıxan Mişi Batşuayi komandasını 1-0 önə keçirən qola imza atıb.
Belçikalı ulduz bu mövsüm liqada vurduğu qolların sayını 12-yə çatdırıb. 2023-2024 mövsümündə 16-sı ilk 11-də olan bütün yarışlarda 42 matça çıxan Batşuayi ümumilikdə 24-cü qolunu vurmağı bacarıb. 30 yaşlı hücumçu Kayserispor matçında qol vurduqdan sonra ən çox qol vuran mövsümü yaşadı.
Mişi Batşuayi 2015-2016 mövsümündə Fransanın Marsel komandasında çıxış edərkən 45-i start 11-də olmaqla 50 matçda iştirak edib. Belçikalı hücumçu bu matçlarda 23 qol vurub, 9 məhsuldar ötürmə etməyi bacarıb.
Aysun / Demedia.az