Allah hər şeyi bilir - Musleranın türkcə dediyi sözlər gündəm oldu



 14:00 13.05.2024     317

"Qalatasaray" Trendyol Super Liqasının 36-cı həftəsində qonaq olduğu "Fatih Karagümrük"ü Berkan Kutlunun 90-cı dəqiqədə vurduğu qolla 3:2 hesabı ilə məğlub etməyi bacarıb.

Demedia.az xəbər verir ki, "Sarı-qırmızılar"ın uruqvaylı qapıçısı Fernando Musleranın matçdan sonra soyunub-geyinmə otağına gedərkən dediyi türkcə sözləri diqqət çəkib.

Berkanın qolundan sonra çox sevinən kapitan Muslera meydanda komanda yoldaşları ilə danışarkən türkcə "Allah bilir, Allah bilir. Allah hər şeyi bilir" deyib.

Təcrübəli əlcəyin bu sözləri sosial mediada da trend mövzusuna çevrilib.

Aysun / Demedia.az