"Fənərbağça"da hədəf derbidə qalib gəlməkdir...
"Fənərbağça"nın baş məşqçisi İsmail Kartal "Kayserispor"a 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra açıqlama verib.
Demedia.az xəbər verir ki, o bu sözləri deyib:
"Son matçda qalib gələcəyimizi proqnozlaşdırırdım. Bunu həftə ərzində məşqdə gördüm. Çox fərqli qalib gələ bilərdik. Daim qol axtarırdıq. Futbolçularımı təbrik edirəm. Biz yaxşı bir qələbə qazandıq və yolumuza davam edirik ki, nə qədər yaxşı komanda olduğumuzu göstərmək üçün onlara azarkeşləri sevindirmək üçün əlimizdən gələni etməli olduğumuzu söylədim. Yaxşı oyunçularımız var. Zədəsini sağaldanlar var. Bazar ertəsi səhər saatlarından etibarən Qalatasaray derbisinə ən yaxşı şəkildə hazırlaşacağıq. Bu həm azarkeşlər, həm ictimaiyyət, həm də bizim üçün çox çətin məsələdir. Bu günə kimi 93 xalımız var, amma rəqibimiz bizdən öndədir. Orada yeganə məqsədimiz matçda qələbə qazanmaqdır. Qalan iki matçda qalib gələcəyik və nəticəni görəcəyik".
Aysun / Demedia.az