Braziliyada təbii fəlakət: İtkilər artır
Cənubi Amerika ölkəsi Braziliyanın cənubundakı Rio Qrande-du-Sul əyalətində yağan leysan yağışların səbəb olduğu daşqın nəticəsində insan itkiləri artıb.
Demedia.az xəbər verir ki,Rio Grande do Sul Mülki Müdafiə tərəfindən edilən açıqlamada sel fəlakətində həyatını itirənlərin sayının 143-ə yüksəldiyi, 131 nəfərdən xəbər alınmadığı bildirilib.
10,9 milyon əhalisi olan əyalətdə 538 mindən çox insanın didərgin düşdüyünü bildirən hökumət, 2,34 milyard dollarlıq fövqəladə vəziyyətə xərclənəcəyini açıqlayıb.
Aysun / Demedia.az