16 ildir ki, nə yemək yeyir, nə də su içir... - Həkimlər səbəbini bilmir



 19:00 13.05.2024     763

İllərdir yemək yeməyən, su içməyən qadın dünya mətbuatının gündəminə çevrilib.

Demedia.az xəbər verir ki, bu vəziyyəti “Allahın bir hikməti” hesab edən gənc qadının açıqlamaları hər kəsi təəccübləndirib.

Son günlərin ən maraqlı hadisələrindən biri dünyanın ən yoxsul ölkələrindən biri olan 123 milyon əhalisi olan Efiopiyada qeydə alınıb. YouTube-da səyahət kanalı olan Drew Binsky-nin verdiyi müsahibədə qonaq olan gənc qadın 16 ildir yemək yemədiyini, hətta su içmədiyini iddia edib. Ölkəsində və xaricdə saysız-hesabsız həkimlər tərəfindən yoxlanılan və diaqnoz qoyula bilməyən gənc qadın qısa zamanda dünya mətbuatının gündəminə çevrilib. Köhnə və müvəqqəti evdə yaşayan gənc qadınla bağlı açıqlama verən Drew Muluwork adlı qadınla bağlı bunları deyib:

"Qonaq otağına addımlamaq başqa bir aləmə qədəm qoymuş kimi idi, yaşadığı yer çox köhnə idi. Boş vaxtlarını kiçik bağçasında keçirir, tərəvəz yetişdirir. Bacısı və uşağı ilə birlikdə yaşayır".

Drew ilə yaşadığı problemləri bölüşən gənc qadın yemək bişirməyi çox sevdiyini, lakin 16 ildir heç bir şey yemədiyini xatırladaraq deyib: "Ailəmlə yaşayırdım və səhər yeməyimi və məktəbə getməyimi istədilər. Dedim yemək yeyirdim, amma su içmirdim, iştahımı itirdim”.

Aysun / Demedia.az