ANUS ƏTRAFINDA İLTİHAB - Video



 14:49 13.05.2024     444

Perianal və perirektal abseslərin birincili müalicəsi kəsik və drenajdır. Antibiotiklər müalicədə yardımçıdır, lakin birincili müalicə olaraq istifadə olunmur.

Abses drenajları çox vaxt lokal anesteziya altında yerinə yetirilir. Yaxşı bir drenajdan sonra bir çox abses fistul əmələ gəlmədən sağaır, lakin 50% xəstədə fistula rast gəlinə bilər. Bu səbəblə xüsusən residiv verən hallarda eyni prosedurla fistulotomiyanın da aparılması gələckdə ikinci bir cərrahi prosedurun qarşısını alır. İsxiorektal abseslərdə birincili boşluq olmadığından ilk müalicə drenaj ilə məhdudlaşmalıdır. Sfinkter daxili abseslərdə isə abses sahəsindən aparılacaq daxili sfinkterektomiya ən yaxşı üsuldur.
Təkrarlanan abseslərdə, sistem xəstəliklərin (şəkərli diabet kimi) və iltihabi bağırsaq xəstəliklərinin (Kron kimi) araşdırılması və qarşısının alınması vacibdir.

Uşaq cərrahı Toğrul Ömərov mövzu barədə videoda ətraflı məlumat verib.

Demedia.az Toğrul Ömərov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir. Videonu izləyərək daha ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az