ƏKİZ HAMİLƏLİKDƏ bunlara diqqət edin!- Video



 14:54 13.05.2024     466

Bəzi insanlar hətta çoxuşaqlı ailələri sevdikləri üçün çoxlu uşaq sahibi olmaq istəyirlər və buna nail olmaq üçün əkiz və ya üçəmlərə hamilə qalmağı xəyal edirlər. Xüsusilə, eyni əkizlərin bir çox oxşar xüsusiyyətlərə sahib olması və bir-birinin surəti olması, onların insanlar tərəfindən çox xüsusi və fərqli görünməsinə səbəb olur. 

Vaxtından qabaq doğuş, aşağıçəkili körpələrin dünyaya gəlməsi,döllərdə inkişaf geriliyinin olması, hamiləliyə bağlı şəkərli diabet və arterial təzyiq kimi durumlara sıx rast gəlinir. Eyni yumurta əkizlərində isə birisi daha çox qidalanıb digərini zədələyə bilər.Eləcə də çoxdöllü hamiləlik gedişatı daha ağır və çətin olur- toksikoz əlamətləri daha şiddətli ola bilər, bir neçə dölün eyni anda hərəkət etməsi anaya diskomfort verir, daha kəskin anemiya yəni qanazlığı müşahidə edilə bilər.

Mama-Ginekoloq Vüsalə Əzizova mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az   Mama-ginekoloq Vüsalə Əzizova "Youtube"  kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük. Ətraflı məlumat üçün videonu izləyə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az