Vitamin D uşaqlara nə vaxt vermək lazımdır? - Video



 15:00 13.05.2024     465

Məhz D vitamini sintezinə görə pəncərədən düşən Günəş işığının da faydası yoxdur. D vitamini sintezi üçün birbaşa Günəş şüası qəbul etmək lazımdır. 

D vitamini çatışmazlığı immun sistemini zəiflətdiyi üçün biz profilaktik olaraq uşaqlara D vitamini verilməsini tövsiyə edirik.Artıq yaydır və karantin rejimində də yumşalma olduğuna görə uşaqlar havaya çıxır. Həftədə heç olmasa 3 dəfə uşaqların Günəş altında qalması orqanizmdə yetərincə D vitamini yaradır. Yəni uşaq həftədə 3 dəfə ən 20 dəqiqə olmaqla Günəşə çıxırsa, yay aylarında əlavə D vitamini qəbul olunmaya bilər.

Demedia.az   Pediatr Səidə Əhmədova "Youtube"  kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük. Ətraflı məlumat üçün videonu izləyə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az