Yüksək vergilərə görə tərk edilən evlər...



 22:36 13.05.2024     997

Son hesablamalara görə, təxminən 125 milyon əhalisi olan "günəşin doğduğu ölkə" olan Yaponiyada təxminən 9 milyon boş ev var.

Demedia.az xəbər verir ki, üstəlik, bu rəqəm təxminən 26 milyon insanın yaşadığı Avstraliyanın hər evə üç nəfər olmaqla bütün əhalisini yerləşdirmək üçün kifayətdir. Bəs niyə “akiya” (boş evlər) kimi təyin olunan təxminən 9 milyon bina tərk edilib?

İngiltərənin The Guardian media orqanında bu yaxınlarda dərc olunan məlumata görə, akiya evləri kimi tanınan boş evlərin sayında ciddi artım var. Səlahiyyətlilər, 2018-ci ildə aparılan son araşdırmadan 2023-cü ilin oktyabr ayına qədər akiya evlərinin sayında yarım milyon artım olduğunu bildirir.

Akiya evlərinin sayının artmasının əsas səbəbinin Yaponiyanın kənd yerlərində əhalinin azalması olduğu bildirilərkən, belə mülkləri miras alan insanların çoxunun bu mülklərdə yaşamaq istəmədiyi bildirilir. Mülk sahibləri bu evlərdə yaşamaq istəməsələr də, bu evləri sökdürmürlər ki, bu da onların sayının günü-gündən artmasına səbəb olur. Bu vəziyyətin təkcə kənd yerləri üçün keçərli olmadığını bildirən tədqiqatçılar şəhər yaşayış məntəqələrində də çoxlu atılmış evlərin olduğunu bildirirlər.

Boş evlərin ümumi sayının Yaponiyadakı bütün evlərin 14 faizini təşkil etdiyi təxmin edilir. Lakin bir çox insanların fikrincə, bu rəqəm gözləniləndən çoxdur. Nomura Araşdırma İnstitutunun apardığı araşdırmada, ölkə daxilində akiya evlərinin sayının 11 milyona çatdığı və 10 ildən sonra boş evlərin ölkə daxilindəki yaşayış evlərinin yüzdə 30-dan çoxunu təşkil edəcəyi təxmin edilir.

Müayinə edilən akiya evlərinin təxminən 4 milyon yarımının kirayə və istifadəyə yararlı olduğu bildirilərkən, bu evlərin şəhər mərkəzlərindən uzaqda yerləşdiyi üçün kirayə ev axtaran insanlar tərəfindən üstünlük verilmədiyi bildirilir. Təxminən 4 milyon akiya evinin taleyi ilə bağlı dəqiq məlumat yoxdur. Sayı 9 milyona çatan boş evlərdən yalnız 330 mininin satışa çıxarıldığı məlumdur.

Tərk edilmiş evlərin sayının artmasının ən mühüm səbəblərindən birinin Yaponiyadakı vergi sistemi olduğu bildirilir. Yaponiyada boş torpaqlardan daha çox vergi yığılır, nəinki üzərində tikili olan torpaqlar. Bu, köhnə evlərin sökülməsi xərclərini artırsa da, bir çox insanın belə evləri vərəsəlikdən yayınmasına səbəb olur.

Ölkə daxilində tərk edilmiş binaların sayı artsa da, əcnəbilərin ənənəvi evlərə marağında da ciddi artım var. Paytaxt Tokionun cənubunda yerləşən İzu yarımadasında aldıqları boş evləri təmir etdirib icarəyə götürən Hana Sakata və əri xarici turistlərin ənənəvi yapon evlərində qalma təcrübəsinə böyük maraq göstərdiyini və tələbin hazırda təklifi üstələdiyini bildirir.

Aysun / Demedia.az