2 canavarın hücumuna məruz qalan gənc fermer danışdı - VİDEO
Sivasda gənc fermer öz tarlasına gübrə səpməyə gedən zaman iki vəhşi canavar onun traktorunu mühasirəyə alıb.
Demedia.az xəbər verir ki, ətrafında dolaşan maraqlı canavarları görən gənc fermer həmin anları saniyə-saniyə lentə alıb.
Sivasda yaşayan 19 yaşlı Melih Baki Bakay əkin sahələrinə gübrə səpmək üçün əkin sahələrinə gedib. 3 əkin sahəsinə gübrə verən gənc fermer o biri sahəyə gedərkən ona yaxınlaşan iki heyvanı əvvəlcə it kimi zənn edib. Ona yaxınlaşan heyvanların canavar olduğunu anlayan Bakay cib telefonunun kamerası ilə canavarları lentə alıb. Görüntülərdə iki canavarın traktorun ətrafında dolaşdığı anlar əks olunub.
Aysun / Demedia.az