Söküntü işləri zamanı binadan görün nə tapdı - VİDEO



 23:48 13.05.2024     530

Hatayın Kırıkhan rayonunda sökülən binaya daxil olan heyvansevər İbrahim Göçerin həyatı bahasına qapalı qalan 4 balasını xilas etdiyi anlar mobil telefonunun kamerasına düşüb.

Demedia.az xəbər verir ki, Kahramanmaraş mərkəzli zəlzələdə ən çox ziyan görən Hatayda söküntü prosesi başa çatıb.

Dağıntıya çevrilən şəhərdə küçələrdə yaşayan heyvanlar zədələnmiş binalara sığınır. Kırıkhan rayonunun Cümhuriyyət məhəlləsində qəzalı binanın sökülməsi zamanı 4 balanın sıxıldığı diqqət çəkib. Ətrafdakı vətəndaşların xəbər verməsindən sonra 32 yaşlı heyvansevər İbrahim Göçer zədələnmiş binaya girərək həyatı bahasına 4 balasını xilas edib. Göçerin böyük ziyan dəymiş binadan balalarını xilas edərək təhlükəsiz əraziyə apardığı anlar mobil telefonunun kamerasına düşüb:

“Ya Allah Ya Bismillah” dedim və ağır zədələnmiş binaya girdim, gözlərimi yumub balaları götürdüm”.

Aysun / Demedia.az