Rusiyada spirtli içki istehlakı son 7 ilin maksimumuna çatıb
2024-cü ilin ilk dörd ayında Rusiyanın alkoqol fabrikləri keçən ilin eyni dövrü ilə müqayisədə tərkibində 9 faizdən yuxarı olan alkoqollu içkilər 10 faiz çox istehsal edib.
Demedia.az xəbər verir ki, bu barədə “İnterfaks” “Rosalkogoltabakcontrol”a istinadən yazır.
Bildirilib ki, ümumi istehsal həcmi 33,681 milyon desilitr (təxminən 340 milyon litr) təşkil edib. Rusiya müəssisələri ilin əvvəlindən alkoqollu içkilərin istehsalını artırırlar. Əvvəllər Rusiya hakimiyyəti bu tendensiyanı istehsalçıların sayının artması və satış bazarının yeni regionlara genişlənməsi ilə əlaqələndirirdi. Xidmətin qeyd etdiyi kimi, idxalın azalması və xarici məhsulların Rusiya analoqları ilə əvəzlənməsi də təsir edib.
Ruslar arasında alkoqollu içkilərə tələbat artır. FinExpertiza audit və konsaltinq şəbəkəsinin məlumatına görə, 2023-cü ildə ölkədə güclü spirtli içkilərin satışı adambaşına 7,2 litrə qədər artaraq son 7 ildə maksimuma çatıb. Əsasən vətəndaşlar arağa üstünlük verirlər: onun istehlakı ildə adambaşına 5,3 litrdir.
Bahadur Seyidov