“TikTok” yenidən Rusiyaya qayıdır



 09:52 14.05.2024     287

Rusiya Dövlət Duması hesab edir ki, Çin sosial şəbəkəsi “TikTok” tezliklə Rusiyaya qayıda və ölkədə tam hüquqlu işə başlaya bilər.

Demedia.az xəbər verir ki,  bu  barədə Dumanın İnformasiya Siyasəti Komitəsinin sədr müavini Anton Qorelkin məlumat verib.

“Düşünürəm ki, “TikTok” tezliklə qayıdacaq və məsuliyyətli davranacaq. Artıq üç şərtimizdən ikisini yerinə yetiriblər. Üçüncüsü, Rusiya Federasiyasında tam hüquqlu nümayəndəliyin açılmasıdır”, - deyə o bildirib.

 Parlamentari onu da aydınlaşdırıb ki, videoların yerləşdirilməsi üçün Çin platformasının nümayəndələri hazırda Roskomnadzor ilə fəal işləyir, onların sosial şəbəkələrində qeyri-qanuni məzmunu təmizləyirlər.

Bahadur Seyidov