DİQQƏT! Qulaq kirini belə təmizləmək olmaz! Necə təmizlənir? - Video



 09:31 14.05.2024     425

Qulaq kiri qulaq kanallarının fəaliyyətinin təbii hissəsidir, xarici qulaq kanalındakı vəzilər tərəfindən istehsal edilir,

vərəmuma bənzəyir. Hər bir insanın qulağında qulaq kiri əmələ gəlir. Gah duru, gah da quru olur. Qulaq kirinin əmələgəlmə səbəbləri bunlardır: 1. Qulaq travması; 2. Qulaqdakı yaralar; 3. Sıx qulaq tükləri; 4. Qulağa girən toz və ya xarici kirlər; 5. Xarici qulaq kanalındakı darlıq; 6. Tıxac və qulaqlıq kimi əşyaların mütəmadi olaraq istifadəsi; Qulaq kirini təmizləmək üçün qulaq çöpü əvəzinə qulaq damlaları istifadə etmək daha uyğundur. Yaxud 2-3 aydan bir qulağınızı həkimə təmizlətsəniz, yaxşı olar. Qulaq kiri yaşıl, boz, qara, yaxud sarımtıl rənglərdə olur. Qulağın mirkroblara qarşı özünümüdafiə mexanizminin bir hissəsidir. Qulaq kanalındakı vəzilər mikrobların qarşısını almaq üçün qulaq kirini istehsal edir. Bəzən qulaq kiri həddən artıq istehsal olunur, yaxud bərkiyir. Nəticədə, qulaq tıxanıqlığı yaranır.

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az