SAÇIMIZ NİYƏ TÖKÜLÜR? - Video



 09:36 14.05.2024     399

Baş dərimizdə təxminən 100 min ədəd saç teli vardır. Daramaqdan və yumaqdan asılı olaraq günlük 100-150 ədəd saç telini itiririk.

Saç tökülməsi genetikadan, qidalanmadan, hormonlardan,stress və bunlar kimi bir çox səbəbdən yarana bilər. Belə ki, adətən saç tökülməsi 2 ay davam edir və dayanır. Əgər bu müddət uzanırsa başqa problemlərin xəbərçisi ola bilər.Hər saç telinin müəyyən yaşama müddəti vardır. Hər saç teli ortalama 4-6 il yaşayır, sonra istirahət edir və daha sonra tökülür. Saçların bu formada tökülməsi normaldır və günlük 50-100 ədəd tökülməsi normal hesab edilir. Əgər bu say artırsa, yuylarkən ələ gələn saç miqdarı artıbsa ya da yuyub quruladıqdan sonra əllə çəkərkən hər dəfə 3-5 saç teli gəlirsə bu vəziyəti ciddiyə almaq lazımdır. Saç tökülməsi bir çox səbəbdən ola bilər.

Genetik faktorlar Saç tökülməsi kişilərdə və qadınlarda fərqli səbəblərdən meydana gələ bilər. Kişilərdə rast gəlinən saç tökülməsi adətən genetik olan və 50% dən çoxunda kişi hormonlarına həssas olan saç tökülməsidir. Erkən yaşda başlayan müalicə ilə saçların tam tökülmə müddəti uzadıla bilər. Bu tip saç tökülmələrinə qadınlarda da rast gəlinə bilər. Ailədə genetik saç tökülməsi olan qadınlarda xüsusi ilə gənclərdə qidalanma, hormonal disbalans və stress səbəbindən saç tökülmələrinə rast gəlinə bilər.

Dəri problemləri Dəri və digər daxili xəstəliklər də saç tökülməsinə səbəb ola bilər. Dəri səbəbindən rast gəlinən saç tökülmələrinin əsas səbəbi adətən dəridə olan xəstəliklər səbəbindən saç dərisinin zədələnməsidir. Ekzema, sızanaq, liken xəstəliyi, həddindən artıq yağlı dəri, göbələk kimi xəstəliklər də saç tökülməsinin artıran səbəblərdir. Bu tökülmələrin müalicəsi altda yatan səbəblərin müalicəsi ilə mümkündür.

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında Dermatoloq Şövqü Salahov ilə olan müsahibəni sizinlə bölüşür. Videonu izləyərək mövzu  barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az