"Fənərbaxça" üçün son şans...



 14:30 14.05.2024     256

Superliqanın bitməsinə son 2 həftə qalmış əzəli rəqibi “Qalatasaray”dan 6 xal geri qalan sarı-göylülərin çempionluğu möcüzədən asılıdır.

Demedia.az xəbər verir ki, futbolçular və texniki heyət çempionluq gəlməsə belə, azarkeşlərə heç olmasa səfər derbisində qələbə qazandırmaq əzmindədir.

Sarı-göylərin rəhbərliyi də boş qalmır. Kayserispor matçı ilə motivasiya üçün yeni addım atıldı. Futbolçuların ailələri ilə birgə fotoları paltardəyişmə otağındakı soyunma dolablarına asılıb. Bundan əlavə, türk və ingilis dillərində “Bizim üçün, ailəmiz üçün” ifadələri yazılıb. Həftə ərzində futbolçularla vaxt keçirmək, mənəvi-motivasiya xarakterli çıxışlar etmək üçün Samandıraya gedəcəyik. Böyük matça xüsusi bonus verilməsi də gündəmdədir.

Aysun / Demedia.az