Seçdiyi şəxs ölür... - Hamı bu pişikdən danışır



 23:09 14.05.2024     810

Qocalar evinin övladlığa götürdüyü pişik 100-dən çox insanın ölümünü “proqnozlaşdırdı”.

Demedia.az xəbər verir ki, Oskar adlı pişik ABŞ-ın Rod-Aylend ştatındakı qocalar evində övladlığa götürülüb. Bununla belə, hesablamalara görə, Oskar 100-dən çox qocalar evinin sakininin ölümünü “proqnozlaşdırıb” və həyatlarının son günlərində onlarla çox vaxt keçirib.

Baş verənləri sosial şəbəkədə paylaşan istifadəçinin dediyinə görə, Oskar qocalar evinin sakinləri vəfat etməmişdən əvvəl onlara rahatlıq təmin etmək üçün qəbul edilib. Bununla belə, Oskar qocalar evinin heç bir sakini ilə çox vaxt keçirmirdi, vaxtının çoxunu tək keçirirdi. Amma bir gün o, xüsusilə bir sakinə böyük maraq və böyük sevgi göstərdi. Həmin şəxs bir neçə gün sonra dünyasını dəyişib.

Qocalar evinin işçiləri Oskarın yalnız bəzi sakinlərlə son anlarını yaşayarkən onlarla vaxt keçirdiyini fərq etdi. Daha sonra işçilər Oskarı tezliklə öləcəyinə inandıqları yaşlı bir insanla vaxt keçirməyə razı salmağa çalışıblar. Oskar isə heç kimin tezliklə öləcəyini düşünmədiyi, sağlam görünən bir insanı müşayiət etməyi seçdi.
Sağlam görünən bu insan bir neçə gündən sonra öldü. Oskar həyatı boyu 100-dən çox insanın ölümünü hansısa formada hiss edib və sonu onlarla olub.

Aysun / Demedia.az