"Real Madrid" "Alaves"i məğlub etdi



 11:00 15.05.2024     229

La Liqada çempionluğunu elan edən "Real Madrid" 36-cı həftə matçında doğma meydanda "Alaves"i qəbul edib.

Demedia.az xəbər verir ki, qarşılaşmada sonradan oyuna daxil olan Arda Gülər ​​hesabı müəyyən edən ad olub.

Real Madridə Alaves qarşısında qələbə qazandıran qolları 10-cu dəqiqədə Jude Bellinqhem, 27-ci və 70-ci dəqiqələrdə Vinisius Junior, 45-ci dəqiqədə Valverde və 81-ci dəqiqədə Arda Gülər ​​vurub.

Qarşılaşmanın 62-ci dəqiqəsində Camavinga əvəzinə oyuna daxil olan Arda Gülər ​​81-ci dəqiqədə tora imza ataraq Real Madridin heyətində son 4 matçda 3-cü qolunu vurub.

Aysun / Demedia.az