Rusiya MN-də daha bir həbs



 10:42 15.05.2024     290

Rusiya Müdafiə Nazirliyinin şəxsi heyətinin baş zabiti Kuznetsov xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunub.

Demedia.az xəbər verir ki, bu barədə TASS-a zabiti həbs edən 235-ci Qarnizon Hərbi Məhkəməsindən məlumat verilib.

Belə ki, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Səkkizinci İdarəsinin keçmiş rəisinə rüşvət vermə işi üzrə təqsirləndirilən şəxs istintaq təcridxanasına göndərilib.

Bahadur Seyidov