Bu ölkədə HƏMAS-la bağlı şüar qaldırıldı



 11:18 15.05.2024     289

Almaniya Ədliyyə Nazirliyi Fələstinə dəstək nümayişlərində istifadə edilən “Çaydan dənizə” ifadəsinin HƏMAS-ın şüarı olduğunu iddia edib.

Demedia.az xəbər verir ki,bu barədə nazirliyin “X” hesabında paylaşım edilib.

Bildirilib ki,  “Çaydan dənizə” ifadəsi Həmas şüarıdır:

“HƏMAS-ın Almaniyada fəaliyyət göstərməsi qadağandır. Buna görə də, fərdi işin şəraitindən asılı olaraq, bu şüarın istifadəsi qadağan olunmuş təşkilatın təbliğatının aparılması kimi başa düşülə bilər. Bu da cinayətdir”.

Bahadur Seyidov