Müəllim dərsdə köçürməyə mane olmaq istədi, bıçaqlandı



 14:45 15.05.2024     538

Türkiyənin Elazığ vilayətidə imtahan zamanı köçürmə edən şagird özü ilə gətirdiyi bıçaqla müəlliminə xəsarət yetirib.

Demedia.az xəbər verir ki, 8-ci sinif şagirdi dərs zamanı başqasının kağızından köçürmə etmək istəyib.

Bu zaman müəllim onu dayandırmağa çalışıb. Nəticədə yeniyetmə  bıçaqla müəllimə ayağından xəsarət yetirib.

Bahadur Seyidov