Ançelotti aylarla oynatmadığı Ardanı təriflədi...



 13:00 15.05.2024     213

Baş məşqçi Karlo Ançelotti İspaniya nəhəngi "Real Madrid"in öz meydanında "Alaves"ə 5:0 hesabı ilə qalib gəldiyi matçda komandasının son qolunu vuran Arda Gülər ​​haqqında açıqlama verib.

Demedia.az xəbər verir ki, Arda Gülərin komanda tərəfindən çox sevildiyini bildirən Karlo Ançelotti deyib:

"Komanda Arda Güləri çox sevir. Onun burada olması bizi çox sevindirir. O, çox istedadlı oyunçudur, istəməsə də qol vurur, çünki top ona aşiqdir".

11 matçda meydana çıxan türkiyəli ulduz Arda bu matçlarda 4 qol vurmağı bacarıb.

Aysun / Demedia.az