Son 7 ilin ən böyük partlayışı...
Amerika Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) Kosmik Hava Proqnozları Mərkəzi son 7 ilin ən böyük günəş partlayışının dünən baş verdiyini bildirib.
Demedia.az xəbər verir ki, Amerika Milli Okean və Atmosfer Administrasiyasına bağlı Kosmik Hava Proqnozu Mərkəzinin X hesabında edilən yazıda, cari günəş partlayış dövrünün ən böyük partlayışının dünən baş verdiyi qeyd edilib. Sözügedən partlayışın bütün zamanların qeydə alınan 17-ci ən böyük günəş partlayışı olduğu ifadə edilən açıqlamada, orbitdəki peyklərdə "geniş şəkildə gərginliyə nəzarət problemlərinin yarana biləcəyi" və "sürtünmə, izləmə və oriyentasiya problemlərinin" meydana gələ biləcəyi qeyd edildi. Yerə yaxınlaşan fırtınanın mümkün təsirlərinə diqqət çəkir.
Qeyd edilib ki, geomaqnit fırtınasına görə peyk naviqasiya sistemlərində və radioqəbuledici tezliklərdə fasilələr ola bilər, saatlarla davam edə biləcək fasilələr və ya buna bənzər bəzi qurğular ümumiyyətlə işləməyə bilər.
Aysun / Demedia.az